Salam, mən Fuad !
Fuad Rəhmanov: “Düzgün reklam strategiyası biznesin inkişafında əsas faktorlardan biridir”Rəqəmsal platformalarda artan rəqabət biznes sahiblərini daha peşəkar marketinq strategiyalarından istifadə etməyə vadar edir.9 illik təcrübəyə malik rəqəmsal marketinq mütəxəssisi Fuad Rəhmanov hesab edir ki, sosial mediada uğur əldə etmək üçün plansız reklam kampaniyaları kifayət etmir.Onun sözlərinə görə, reklamdan əvvəl biznesin məqsədi və hədəf auditoriyası düzgün müəyyən edilməlidir.“Eyni reklam strategiyası bütün bizneslər üçün uyğun ola bilməz. Hər bir sahənin öz auditoriyası, müştəri davranışı və satış modeli var. Buna görə də reklam kampaniyası fərdi şəkildə hazırlanmalıdır”, – deyə Fuad Rəhmanov bildirir.9 ildir rəqəmsal marketinq sahəsində çalışan mütəxəssis fəaliyyətində Instagram, Facebook və TikTok platformalarının reklam imkanlarından istifadə edir.Fuad Rəhmanovun əsas diqqət yetirdiyi məsələlərdən biri reklam büdcəsinin düzgün idarə olunması və mümkün qədər effektiv nəticənin əldə edilməsidir.O bildirir ki, müasir dövrdə rəqəmsal marketinq yalnız böyük şirkətlər üçün deyil, kiçik və orta sahibkarlar üçün də geniş inkişaf imkanları yaradır.Hazırda şəxsi brend olaraq fəaliyyət göstərən Fuad Rəhmanov rəqəmsal marketinq sahəsində təcrübəsini genişləndirərək müxtəlif bizneslərin onlayn inkişafına dəstək göstərir.
© 2026. All rights reserved.